İxracdakı əsas malların həcmi 43%-dək azalıb

Dövlət Gömrük Komitəsinin açıqladığı statistik göstəricilərə əsasən, 2016-cı ilin yanvar-noyabr ayları ərzində ixracda əsas malların həcmi  8 314, 9 milyon ABŞ dolları, 2015-ci ilin müvafiq dövründə isə  11 881,35 milyon dollar təşkil edib ki, bu da əvvəlki dövrlə müqaisədə 42,8% azdır.

Qeyd edək ki, əvvəlki dövrlə müqaisədə ixrac olunan mallar arasında

  1. Xam neftin həcmi  28,62% azalaraq, ümumi ixracdakı payı 70.91%
  2. Neft məhsullarının həcmi 47,98% azalaraq ,  ümumi ixracdakı payı  4.31%
  3. Təbii qazın həcmi 36,18% azalaraq ,  ümumi ixracdakı payı 11.13 %
  4. Elektrik enerjisinin həcmi 23,2% artaraq, ümumi ixracdakı payı 0.24%
  5. Meyvə-tərəvəzin həcmi 20,66% artaraq, ümumi ixracdakı payı 4,05% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır