“JPMorgan”: TCMB faizləri daha da artıracaq

“JPMorgan” “Türkiyə Mərkəzi Bankı”nın (TCMB) faizləri artırma qərarının bazar gözləntilərindən aşağı olduğunu bildirilib.

“JPMorgan” və bazarlar, bankın gecikmiş likvidlik pəncərəsinin faizini 1% artırmasını gözləyirdi, amma faiz dərəcəsi 0.5% artırıldı.  

“JPMorgan” Mərkəzin bu “zəif” qərarında qlobal riskli ehtiyatların bərpasının və Türk Lirəsinin (TL) son dövrdə güclənməsinin təsiri olduğunu hesab edir.  Son iki həftə içərisində TL, dollar qarşısındakı zərərlərinin yüzdə 4%-ni bərpa edib.

 “JPMorgan” 2018-ci ilin TCMB-nin yanvar və mart aylarında keçiriləcək ilk iki iclasında iki ədəd 0.5%-lik artım gözləyir. Təziqlər çox güclü olarsa, növbəti faiz artımının 1% səviyyəsində olacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır