Kameron getdi

Böyük Britaniyanın Baş naziri Deyvid Kameron (David Cameron), referendum nəticələrini qiymətləndirərkən, “Qarşıdakı üç ayda baş nazir olaraq vəzifədə qalacam. Xalqın qərarının ardından yeni bir liderə ehtiyac var. Oktyabrda partiya qurultayında yeni lider seçilməlidir”,- deyib.

Kameron, “İngilis xalqı fərqli bir yol getməyimiz üçün dəqiq bir qərar verdi. Oktyabrda Avropa Birliyi ilə danışıqlara hazırlaşmağımız lazımdır” deyib.

Kameron, “Bazar və investorlara Böyük Britaniya iqtisadiyyatının güclü qalacağını söyləyə bilərəm. Ticarət və səyahət sərbəstliyində qısa dövrdə bir dəyişiklik olmayacaq” şəklində danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır