21 dekabr 2018-ci il tarixində BFB-də standart bazar seqmentində listinqdə olan “Kapital Bank” ASC-nin imtiyazlı səhmlərinin yerləşdirilməsi həyata keçiriləcək.
BBN.az xəbər verir ki, emissiya prospektinə əsasən, yerləşdirilmənin başlandığı tarixdən ilk 2 iş günü yalnız üstünlük hüququna sahib olan emitentin səhmdarlarının sifarişi anderrayter tərəfindən təmin ediləcək.
İmtiyazlı səhmlərin satış qiyməti 12.39 AZN təşkil edəcək. Qeyd edək ki, səhmlər üzrə illik gəlirlilik dərəcəsi 15%-dir.