Hansı ölkədə yaxşı iş imkanları var? BBN.az ölkədən kənarda karyera qurmaq üçün dünyanınən yaxşı 10 ölkəsini təqdim edir.
1.Lüksemburq
- Orta gəlir: 60,369 dollar
- Minimum əmək haqqı: Saatda 11.20 dollar
- Tətil: minimum 25 gün
- Bayramlar: 10
- Səhiyyə: Əsasən dövlət tərəfindən maliyyələşdirilən işçilər ümumi gəlirin 5,44 %-ni təşkil edir
- İşsizlik səviyyəsi: 6,5 % (mart 2016)
- Həftəlik işlənmiş saat : 30 saat
“Top” sektorlar: İnformasiya texnologiyaları, telekommunikasiya, yük daşımaları və logistika, kimya sənayesi, mühəndislik, şinlər, şüşə, alüminium, turizm və biotexnologiya, bankçılıq və maliyyə xidmətləri, tikinti, əmlak xidmətləri, dəmir, metallar və polad.
2. İsveçrə
- Orta gəlir: 58,389 dollar
- Minimum əmək haqqı yoxdur
- Tətil: 20 gün
- Bayramlar: 7-15 gün hökumətdən asılı olaraq dəyişir
- Səhiyyə: Şəxsi şirkətlər tərəfindən verilir və fiziki şəxslər tərəfindən ödənilir; Sığortaçılar əvvəlcədən mövcud şərtləri əhatə etməlidirlər
- İşsizlik səviyyəsi: 3,6 % (fevral 2016)
- Həftəlik işlənmiş saat: 31 saat
“Top” sektorlar : Maşınqayırma, kimya sənayesi , tekstil, dəqiq alətlər, turizm, bankçılıq və sığorta.
3. ABŞ
- Orta gəlir: 58,714 dollar
- Minimum əmək haqqı: Saatda 7.25 dollar
- Tətil: Zəmanət minimumu yoxdur; Vəzifə əsasında orta hesabla 10-20 gün
- Bayramlar: ortalama 8 gün (özəl sektor işçiləri istisna olmaqla)
- Səhiyyə: “Affordable Care” Aktı nəzərdən keçirilir, lakin hazırda mövcud olan şərtlər üçün istisnalara qarşı müdafiəni və aşağı gəlirli vətəndaşları subsidiyalarla təmin edir.
- İşsizlik səviyyəsi: 4,8% (yanvar 2017)
- Həftəlik işlənmiş saat: 34,4 saat
“Top” sektorlar: Neft, polad, nəqliyyat vasitələri, aerokosmik sektor, telekommunikasiya, kimyəvi maddələr, elektronika, ərzaq emalı, istehlak malları, tullantıların təkrar emalı,və mədənçilik.
4.Avstraliya
- Orta gəlir: 50,167 dollar
- Minimum əmək haqqı: Saatda 10.90 dollar
- Tətil: minimum 20 gün
- Bayramlar: Minimum 7
- Səhiyyə: İşçilər hökumətin dəstəyi , işçilərin 2%-lik vergisi ilə maliyyələşən milli sağlamlıq sığortası ilə təmin olunur. Xüsusi sığorta isə hökumətin sağlamlıq sisteminin təmin etdiyi əhatə dairəsini tamamlayır.
- İşsizlik səviyyəsi: 5,7 %, (yanvar 2017)
- Həftəlik işlənmiş saat: 32 saat
“Top” sektorlar : Mədənçilik, sənaye avadanlığı, nəqliyyat vasitələri, ərzaq emalı, kimyəvi maddələr istehsalı və polad istehsalı.
5. Norveç
- Orta gəlir: 50,908 dollar
- Minimum əmək haqqı yoxdur
- Tətil: 25 gün
- Bayramlar:Minimum 2
- Səhiyyə: Milli səhiyyə hökumət tərəfindən maliyyələşdirilir
- İşsizlik səviyyəsi: 4,4% (dekabr 2016)
- Həftəlik işlənmiş saat: 27.4 saat
“Top” sektorlar: Neft və qaz, gəmiçilik, balıqçılıq, ərzaq emalı, gəmiqayırma, pulpa və kağız məhsulları, metallurgiya, kimyəvi maddələr istehsalı, ağac, mədənçilik və tekstil.
6. Niderland
- Orta gəlir: 50,670 dollar
- Minimum əmək haqqı: Saatda 9.60 dollar
- Tətil: Minimum 20 gün
- Bayramlar: Minimum 10
- Səhiyyə: İşçilərin və işəgötürənlərin əmək haqqı vergiləri ilə maliyyələşdirilən xüsusi sığorta vasitəsilə təmin olunur.
- İşsizlik səviyyəsi: 5,3%, (yanvar 2017)
- Həftəlik işlənmiş saat : 27.3 saat
“Top” sektorlar:Aqro-sənaye, metal və mühəndislik məhsulları istehsalı, elektrik maşınları və avadanlıqları, kimyəvi maddələr istehsalı, neft, tikinti, mikroelektronika və balıqçılıq.
7.İslandiya
- Orta gəlir:46,074 dollar
Minimum əmək haqqı yoxdur - Tətil: 24 gün
- Bayramlar: 13
- Səhiyyə: Bütün vətəndaşlar əsasən xidmət haqqının kiçik faizi vasitəsilə maliyyələşdirilən Milli Səhiyyə Sistemi tərəfindən təmin olunur.
- İşsizlik səviyyəsi: 3,6% (yanvar 2017)
- Həftəlik işlənmiş saat: 36.2
“Top” sektorlar: Turizm, balıqçılıq, alüminium, ferrosilikon istehsalı, geotermal enerji və hidroenergetika.
8.Danimarka
- Orta gəlir: 50,024 dollar
- Minimum əmək haqqı yoxdur
- Tətil: 25 gün
- Bayramlar: 9
- Səhiyyə: Hökumətin maliyyələşdirilən kompleks milli sağlamlıq sistemi vasitəsilə təmin olunur
- İşsizlik səviyyəsi: 4,3 % (dekabr 2016)
- Həftəlik işlənmiş saat: 28
“Top” sektorlar: Dəmir, polad, əlvan metallar, kimyəvi maddələr istehsalı, qida emalı, maşın və nəqliyyat vasitələri, tekstil və geyim, elektronika, tikinti, mebel və digər ağac məhsulları, gəmiqayırma və yenidənqurma, windmills və əczaçılıq.
9.Belçika
- Orta gəlir: 47,702 dollar
- Minimum əmək haqqı: Saatda 10 dollar
- Tətil: 20 gün
- Bayramlar: 10
Səhiyyə: Dövlət tərəfindən maliyyələşdirilən və fərdi sığortanın birləşməsi; İşçilər və işəgötürənlər fondu tərəfindən dövlət ilə paylaşılan əməkhaqqı vasitəsilə təmin olunur. - İşsizlik səviyyəsi: 7,6 % (dekabr 2016)
- Həftəlik işlənmiş saat: 29.6 saat
“Top” sektorlar : Mühəndislik və metal məhsullarının istehsalı, nəqliyyat vasitələrinin montajı, elmi alətlər, emal edilmiş qida və içkilər, kimyəvi maddələr istehsalı, metallurgiya, tekstil, şüşə və neft.
10. Kanada
- Orta gəlir: 47,843 dollar
- Minimum əmək haqqı: Saatda 8.20 dollar
- Tətil: 10 Gün
- Bayramlar: 8
- Səhiyyə: Vahid ödəyici və dövlət tərəfindən maliyyələşdirilən milli səhiyyə sistemi vasitəsilə təmin olunur.
- İşsizlik səviyyəsi 6,8%, (yanvar 2017)
- Həftəlik işlənmiş saat: 32.8 saat
“Top” sektorlar: Nəqliyyat vasitələri, kimyəvi maddələr istehsalı, emal və işlənməmiş minerallar, qida məhsulları, ağac və kağız məhsulları istehsalı, balıqçılıq, neft və təbii qaz.
Mənbə: The Balance