İngiltərə supermarket nəhəngi “Tesco” “skanla və get” texnologiyası üzrə pilot layihə həyata keçirməyə başlayıb.
Belə ki, texnologiya sayəsində müştərilərin artıq kassalara yaxınlaşıb məhsullarını skan etmələrinə ehtiyac qalmayacaq. Müştərilər sadəcə öz smartfonları ilə məhsullarını skan etdirə biləcəklər.
Şirkət 100 işçisinin smartfonuna barkodları “oxuya bilən” və alış-verişin hesabını məhz onunla ödəyə bilən “Scan Pay Go”nu yükləyib. Artıq şirkətin özünü “Amazon Go”a bənzətməsi ilə bağlı iddialar da mövcuddur.
“Tesco”nun direktoru Dave Lewis deyib ki, texnologiya artıq mövcuddur, lakin insanların buna nə qədər hazır olduğu ən vacib məsələdir və bu mütləq nəzərə alınmalıdır.
Dünyada hazırda mövcud olan ekspress mağazalar da nağdsız ödənişləri test etmək üçün həyata keçirilir. “UK Finance” hesabatına görə, istehlakçılar keçən il ərzində bank kartlarından istifadəni 14% artıraraq 13.2 milyard dollara çatdırıblar. Paralel olaraq dövr ərzində nağd ödənişlər 15% azalaraq 13.1 milyard dollar olub.