Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Fondun əməkdaşlarının tibbi sığortası ilə əlaqədar 28 mart 2018-ci il tarixdə keçirilən kotirovka sorğusu baş tutmayıb.
Bununla əlaqədar Əmanətlərin Sığortalanması Fondu əməkdaşlarının tibbi sığortalanmasının satınalması üçün yeni kotirovka sorğusu elan edir.
Təkliflər 25 aprel 2018-ci il saat 15:00-dək qəbul olunur. Təklif zərfləri 26 aprel 2018-ci il saat 12:00-da açılacaq.
Kotirovka sorğusunda iştirak etmək istəyən şirkətlər keçid vasitəsilə ətraflı məlumat ala və şərtlər toplusu ilə tanış ola bilərlər.