Kriptovalyutalara ən çox maraq hansı ölkədədir?

Son zamanlar kriptovalyutalara, xüsusən də Bitcoinə olan maraq danılmaz faktdır. “ING International Survey” tərəfindən aparılan araşdırmalar isə deyir ki, bu cür marağa baxmayaraq Avropanın yalnız 16%-i Bitcoinə maraq göstərir.

Dünya üzərində Bitcoinə daha çox maraq göstərənlər 25-44 yaş arası gənclər və xüsusən kişilərdir. Türkiyə və Ruminiya kimi ölkələrdə maraq digər ölkələrə nisbətən daha çoxdur.

Araşdırmalar həmçinin göstərir ki, Avropada kriptovalyutasının olduğunu deyən insanlar sadəcə 9%-dir. Türkiyədə isə bu göstərici 18%-dir və araşdırma aparılan ölkələr arasında ən yüksək göstəricidir.

Kriptovalyutaya olan marağı nəzərə alsaq, gələcəkdə kriptovalyuta sahibi olacağını deyənlər də az deyil. Belə ki, bu göstərici Avropada 25%, Türkiyədə isə 45%-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır