Son dövrlərdə gündəmdə olan qatlanabilən ağıllı telefon trendinə “LG Electronics” qoşulmayacaq.
Belə ki, “Samsung” və “Huawei” şirkətlərindən sonra “LG” şirkətinin də qatlanabilən ağıllı telefon istehsal etdiyi barədə şayiələr yayılsa da, şirkət rəsmisi bu məlumatları yalanlayıb. Şirkət rəsmisi açıqlamasında bildirib ki, qatlanabilən model konsepsiyası nəzərdən keçirilsə də, istehsalında başlamadıq, hələ tez olduğunu düşünürük.
Şirkət ötən ay ilk 5G sürətinə malik LG V50 ThinQ modelini müştərilərinin istifadəsinə təqdim edib.