“Palmali Holding” şirkətinin rəhbəri Mübariz Mənsimov “Lukoil” şirkətinin törəməsi “Litasco”nu ikinci dəfə məhkəməyə verməyə hazırlaşır.
Bunu M.Mənsimov “Anadolu Agentliyi”nə müsahibəsində bildirib.
“17 iyul tarixində “London Ali Arbitraj Məkəməsi”ə baş vuraraq, “Litasco” şirkətinə 2 milyard dollar təzminat davası açılıb. İndi “Lukoil” törəməsi “Litasco”nu sataraq ondan xilas olmağa çalışıb. Bazara açıq olduğu üçün bu saxtakarlıqdır.”-deyə M.Mənsimov bildirib.
Mübariz Mənsimov deyib ki, 18 yanvar 2005-ci ildə “Palmali” və “Litasco” arasında “10+5” illik müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, “Litasco” şirkətdən 440 milyon dollarlıq gəmi alıb. Amma “Litasco” müqavilənin şərtlərini pozub və bu səbəblə “Palmali” şirkəti 4 milyard dollarlıq itki yaşayıb.