“Banklar və Biznes” Qəzeti (BBN.az) tələbələrarası məqalə müsabiqəsi elan edir. “Yapı Kredi Bank Azərbaycan” QSC-nin dəstəyi ilə keçirilən müsabiqədə hazırda jurnalistika və iqtisadiyyat üzrə bakalavr və magistr təhsili alan bütün tələbələr iştirak edə bilərlər.
Müsabiqədə təqdim edilməli olan məqalənin mövzusu aşağıdakı kimidir:
“Məsuliyyətli borclanma”
Müsabiqə aşağıdakı istiqamətləri əhatə etməlidir:
- Məsuliyyətli borclanma nə üçün önəmlidir;
- Kredit üçün müraciət etməzdən əvvəl vətəndaş hansı məqamlara diqqət etməlidir;
- Borclanma ilə bağlı qərarı verərkən ödəmə qabiliyyətinin, cari və gələcək gəlirlərin, xərclərin qiymətləndirilməsi nə üçün vacibdir;
- Maliyyə öhdəliyinin vaxtında və tam icra edilməməsi borcalan üçün və bank –maliyyə sistemində hansı problemləri yarada bilər;
- Məsuliyyətli borclanmanın təmin olunması üçün borcalanın öhdəsinə düşən vəzifələr;
Mükafat fondu:
1-ci yer – 500 manatlıq hədiyyə kuponu;
2-ci yer – 300 manatlıq hədiyyə kuponu;
3-cü yer – 200 manatlıq hədiyyə kupunu;
Növbəti 5 yer – həvəsləndirici hədiyyələr
Müsabiqənin şərtləri:
Müsabiqədə iştirak etmək istəyən şəxs hazırda jurnalistika və ya iqtisadiyyat üzrə bakalavr və magistr təhsilini davam etdirməlidir;
Bir şəxs yalnız bir məqalə ilə müsabiqədə iştirak edə bilər;
Məqalə əvvəl heç bir kütləvi informasiya vasitəsində yayımlanmamalıdır.
Yazıya qarşı olan tələblər:
Məqalə “Times New Roman” yazı şriftində, 11 punto ölçüsündə, 1.5 ara ilə hər tərəfdən 20 mm məsafədə olan A4 formatlı səhifədə yazılmalıdır;
Məqalənin həcmi 11 min simvoldan (boşluqlar nəzərə alınmadan) çox olmamalıdır.
Müraciət:
Hazırlanan məqalələr 10 noyabr 2018-ci il tarixinə qədər aşağıda göstərilənlərlə birlikdə redaktor@bbn.az elektron ünvanına, məktubun mövzusunda “MÜSABİQƏ” qeyd etməklə yollanmalıdır:
- Şəxsiyyət vəsiqəsinin üzü
- Tələbə biletinin üzü;
- Ev və ya mobil telefonu.
Qeyd edək ki, məqalə müsabiqəsi çərçivəsində seminar da təşkil olunacaq.