Azərbaycan Respublikasının Mərkəzi Bankı Mərkəzi Bankın adına daxil olan və adından göndərilən malların gömrük rəsmiləşdirilməsinin aparılması və təyin edilmiş ünvana çatdırılması xidmətinin satınalınması, inzibati binalarda təmir-bərpa işlərinin görülməsi, Bakı şəhəri M.Seyidov küçəsi 20 A ünvanında yerləşən inzibati binanın mühafizəsinin təşkil edilməsi ilə bağlı kotirovka sorğusu elan edir.
Qeyd edək ki, kotirovka sorğuları üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 25 sentyabr 2017-ci il saat 17.00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və 26 sentyabr 2017-ci il saat 10.00-da Mərkəzi Bankın inzibati binasında açılacaq.
Kotirovka sorğusu haqqında ətraflı məlumatı keçiddən əldə edə bilərsiz.