Bakı Fond Birjasının məlumatına əsasən, 2017-ci il tarixində BFB-də Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək davam edəcək.
Notların buraxılış parametrləri aşağıdakılardır:
Dövlət qeydiyyat №-si | 50100856S |
Hərraca çıxarılan həcm | 25 000 000 AZN |
Bir notun nominal dəyəri | 100 AZN |
Notların tədavül müddəti | 28 gün |
Ödəmə tarixi | 31 may 2017-ci il |