10 may 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100956S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 25 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 5 investor tərəfindən 5 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 75,253,700.00 AZN təşkil edib.Sifarişlər 98.8696 AZN (14.6998%) və 99.0448 AZN (12.3995%) qiymətində təqdim edilib/
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.9305 AZN (13.8993%), orta ölçülmüş qiyməti – 98.9944 AZN (13.0604%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.Bağlanılmış əqdlər üzrə hesablaşmalar 03.05.2017 tarixində həyata keçirilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 25,000,000.00 AZN manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, notların ödəmə tarixi 07.06.2017-ci ildir.