Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

16 aprel 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104004749 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 18 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (10.0000%) və 93.4100 AZN (7.0937%) olan 28 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.4768 AZN (8.1800%), orta ölçülmüş qiyməti 93.0444 AZN (7.5167%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 83 441 300.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi  14 aprel 2020-ci  ildir.

Hərrac iştirakçıları 17 aprel 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır