Maliyyə sektorunun SWOT təhlili – RƏSMİ

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə ölkədəki maliyyə xidmətləri sektorunun SWOT (GZİT) təhlili əks etdirilmişdir.  Bu təhlilin nəticələrini sizə təqdim edirik:

Güclü tərəflər Zəif tərəflər
· Maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti üzrə vahid requlyatorun olması;

· maliyyə bazarı və institutlarının formalaşması;

· əsas maliyyə infrastrukturu elementlərinin yaranması;

· risklərin idarə edilməsi üzrə baza elementlərin mövcud olması;

· qiymətli kağızlar bazarlarında müasir platforma.

· Bank sisteminin kapital mövqeyinin kövrək olması;

· bankların kredit risklərinin yüksək olması;

· qeyri-işlək aktivlərin tənzimlənməsi və satışı üzrə hüquqi mexanizmlərin olmaması;

· banklarda bazar risklərinin idarə edilməsi üçün hedcinq alətlərinin olmaması;

· bankların sağlamlaşdırılması və restrukturizasiyası üzrə effektiv alətlərin olmaması;

· maliyyə xidmətləri sektorunda korporativ idarəetmənin zəif olması;

· kreditorların hüquqlarının işlək müdafiəsi mexanizmlərinin olmaması, girov münasibətlərinin təşkilati-hüquqi mexanizmlərindəki zəifliklər;

· maliyyə xidmətlərinin əlçatanlığının zəif olması;

· qeyri-bank maliyyə seqmentinin zəif inkişafı;

· maliyyə savadlılığının aşağı olması.

İmkanlar Təhlükələr
Maliyyə sektorunda islahatların hökumətin prioritetləri arasında olması;

· əmanətlərin tam sığortalanması;

· strateji valyuta ehtiyatlarının həcminin yüksək olması;

· inkişaf etmiş telekommunikasiya infrastrukturunun və geniş xidmət şəbəkəsinin olması.

Neft qiymətlərində volatilliyin davam etməsi;

· işgüzar aktivliyin bərpa olunmaması;

· aktivlərin keyfiyyətinin pisləşməsi;

· bankların restrukturizasiya proqramının tamamlanmaması;

· bankların məruz qaldığı risklərin bütövlükdə maliyyə bazarlarında volatilliyə səbəb olması;

· ticarət tərəfdaşlarında iqtisadi fəallığın zəifləməsi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır