Mastercard ödəmə sistemi loqosunun dəyişəcəyini elan etdi. Mastercard-ın nümayəndələrinin verdiyi açıqlamaya əsasən, ödəmə sisteminin loqosundan şirkətin adı çıxarılaraq yalnız qırmızı və sarı dairələrin kəsişməsi saxlanacaq.
Şirkətin bu cür dəyişikliklərə getməsini Mastercard-ın “istehlakçı və kommersiya landşaftının inkişafı” ilə əlaqələndirirlər. Bu şəraitdə, Mastercard-ın nümayəndələri əmindirlər ki, iki dairədən kəsişməsindən ibarət olan somvol şirkəti, adından daha yaxşı təmsil edəcək.