Hüquqi və fiziki şəxslərin, investorların, vətəndaşların daha operativ, optimal şəkildə əmlak sahibi olmaları üçün keçirilən açıq və şəffaf hərraclar davam edir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 30 may tarixində keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 4-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 2 istifadəsiz qeyri-yaşayış sahəsinə və 3 nəqliyyat vasitəsinə, bölgələr üzrə 3 kiçik dövlət müəssisəsinə, 2 istifadəsiz qeyri-yaşayış sahəsinə sifariş verilib.
Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak “Ağdam Pambıq” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Adı çəkilən əmlak 872 min 500 manata özəlləşdirilib.
Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 4-ü də bölgələrdə yerləşir. Bunlardan 1-i Ağdamda, 1-i İmişlidə, 1-i isə Göyçaydadır.
İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlak 50 min manat olub. Ən ucuz qiymətə özəlləşdirilən əmlak isə 3500 manat olub.
