MDB ölkələri arasında ilk üçlükdəyik

Azərbaycan MDB ölkələri arasında ekskursiya turizmi üçün ən yaxşı üçüncü ölkə kimi dəyərləndirilib.

Səyahət və turizm bazarı araşdırmaları ilə məşğul olan “ТурСтат” Rusiya vətəndaşları arasında sorğu keçirib. Sorğunun nəticələrinə əsasən, rus turistlərin ekskursiya turizmi üçün ən çox üstünlük verdiyi ölkə Belarus olub. Belə ki, sorğuda iştirak edənlərin 27%-i Belarus Respublikasını, 22%-i Qazaxıstanı, 16%-i isə Azərbaycanı seçib.

Məlumat üçün qeyd edək ki, “ТурСтат” agentliyinin araşdırmasına görə, Rusiya vətəndaşlarının MDB ölkələrinə ortalama illik ekskursiya səyahətlərinin sayı 3 milyondan çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır