Statistika Komitəsinin məlumatına görə, sentyabr ayının 1-i üçün magistral neft kəmərləri ilə 28642,8 min ton neft nəql edilib.
Nəqletmənin 78,5 %-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-avqust ayları ərzində bu kəmər vasitəsilə 22473,4 min ton neft ötürülüb.
Dövr ərzində BTC kəməri ilə 4313,8 min ton tranzit nefti də nəql edilib.