“Nokia” 32 texnologiya patenti ilə bağlı hüquqlarını pozduğuna görə “Apple”ın əleyhinə bir neçə iddia üzrə məhkəməyə müraciət etdiyini bildirib.
Bu haqda reuters məlumat verir.
Nokianın iddialarına Dusseldorf, Mannheim Münhen, Almaniya və ABŞ-ın Əyalət məhkəməsində baxılacaq.
Qeyd edək ki, iddialar displey, istifadəçi interfeysi, proqram təminatı, çipsetlər və video kodların patentləri ilə bağlıdır.