“PricewaterhouseCoopers Global” (PwC) şirkəti tərəfindən tərtib edilmiş “Global Economy Watch” hesabatına istinadən, qlobal inflyasiya göstəricilərində bir müddət nisbi durğunluq müşahidə olunacaq.
Belə ki, qlobal inflyasiya dərəcəsi 2019 və 2020-ci illər üzrə 3.1% təşkil edəcək. 2021-ci ildə isə cari göstəricinin cüzi azalaraq 3.0% olması proqnozlaşdırılır.
Hesabata görə, “Böyük Yeddilik” (G7) ölkələrində inflyasiya 2019-cu ildə 1.9%, 2020-ci ildə isə 2.1% olacaq. Müvafiq olaraq, ABŞ-da inflyasiya dərəcəsi 2019-da 2.2% və 2020-də 2.3%, Çində 2.4% və 2.7%, Rusiyada 19.0% və 14.2% olacaq. Türkiyədə isə 2019, 2020 və 2021-ci illər üzrə inflyasiya faizinin 2.5% olması proqnozlaşdırılır.
PwC