Noyabr ayında vergi orqanlarına 8792 müraciət daxil olub

2017-ci ilin noyabr ayı ərzində vergi orqanlarına 8792 müraciət daxil olub ki, onların da 91%-i ərizə, 8,9%-i şikayət, 0,1%-i təklifdir.

Müraciətlərin 38,7%-i müxtəlif arayışların alınması, 33,7%-i kameral vergi yoxlamaları, 9,6%-i vergi borcları, 2,8%-i vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, qalanları isə digər məsələlərlə bağlı olub.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 75,7%-i müsbət həll olunub.

Vergi orqanlarında 496 vətəndaş qəbul edilərək, onlara qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır