Ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 101 milyon manat artıb

2017- ci ilin oktyabr ayı üzrə debet və kredit kartlarının ümumi sayı 5.69 milyon ədəd təşkil edib. Bu ötən ayla müqayisədə 47 min ədəd çoxdur. Həmçinin, oktyabr ayı üzrə debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 1.27 milyard manat olub. Əvvəlki ayla müqayisədə bu göstərici 101 milyon manat məbləğində artıb.

Qeyd edək ki, orta hesabla oktyabr ayı ərzində  1 kartla  223 manat məbləğində əməliyyat aparılıb. Bu da ötən ayla müqayisədə təqribən 16 manat çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır