2017-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4 % artıb. BBN.az Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 525,4 manat təşkil edib.
Qeyd edək ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.