Ötən il respublikada ümumi elektrik enerjisi istehsalı 25256,1 mln. kVts olub. Bu göstəricidə 21163,7 mln. kVts istilik elektrik stansiyaları, 1754,3 mln. kVts su elektrik stansiyaları, qalanı isə müstəqil elektrik stansiyalarının payına düşür.
2018-ci il ərzində elektrik enerjisinin ixracı 1447,7 mln. kVts olmaqla, 2017-ci illə (1282,5 mln. kVts) müqayisədə 165,2 mln. kVts , idxalı isə 131,1 mln. kVts olmaqla, 2017- ci illə (107,8 mln. kVts) müqayisədə 23,3 mln. kVts artıb. Belə ki, ixrac olunan 1447,7 mln. kVts elektrik enerjisinin 80,3 mln. kVts İranın, 13,45 mln. kVts Türkiyənin, 121,5 mln. kVts Rusiyanın, 1232,4 mln. kVts Gürcüstanın payına düşüb. İdxal olunan 131,1 mln. kVts elektrik enerjisinin 32,0 mln. kVts İranın, 76,0 mln. kVts Rusiyanın, 23,1 mln. kVts Gürcüstanın payına düşüb.