“PAŞA Bank”ın törəmə təşkilatı olan “PASHA Yatırım Bankası” Azərbaycan qiymətli kağızlar bazarında öz istiqrazlarının yerləşdirilməsini uğurla həyata keçirib. Bu yerli qiymətli kağızlar bazarının tarıxində ilk emissiya halıdır ki, digər ölkədə qeydiyyatdan keçmiş və orada fəaliyyət göstərən təşkilat Azərbaycanda qiymətli kağızlar bazarı vasitəsi ilə vəsait cəlb edir.
İstiqrazların ABŞ dollarında denominasiya olunması və emitentin xarici qurum olması bu emissiyanı Azərbaycanda ilk avrobond emissiyası kimi səciyyələndirir. Bu istiqrazların yerləşdirilməsi zamanı anderrayter olaraq “PAŞA Kapital” İnvestisiya Şirkəti çıxış edib.
Belə ki, emissiya olunan istiqrazların ümumi həcmi 25 000 000 USD təşkil edib. İstiqrazların tədavül müddəti 5 il 3 ay, Kupon faizi isə 4.85%-dir. Kupon ödənişi hər kvartaldan bir həyata keçirilməlidir.