Gürcüstanda “Peşə təhsilində təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib

Gürcüstanda “Peşə təhsilində təcrübə” mövzusunda beynəlxalq konfrans keçirilib.

BBN.az xəbər verir ki, Gürcüstan İşəgötürənlər Assosiasiyasının,  Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfrans Peşə-İxtisas Təhsilində Tərəfdaşlıq layihəsi çərçivəsində baş tutub.

Konfrans hazırki layihənin nəticələrini müzakirə etmək, peşə təhsili sahəsində regional və beynəlxalq təcrübə mübadiləsini reallaşdırmaq, peşə təhsili sahəsində işəgötürən təşkilatları güncləndirmək , regional və dövlət səviyyələrində sosial tərəfdaşlığı (işəgötürənlər, işçilər və Təhsi Nazirliyi arasında)  yaxşılaşdırmaq kimi hədəflərə yönəlib.

Tədbirdə Azərbaycan, Gürcüstan, Ermənistan və Almaniyadan olan iştirakçılar qatılıblar. Konfransda Gürcüstanın Elm və Təhsil nazirinin birinci müavini Ketevan Natriaşvili, Gürcüstan İşəgötürənlər Assosiasiyasının prezidenti Elqudja Meladze, Gürcüstan Həmkarlar İttifaqları Birliyinin sədri İrakli Petriaşvili, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Almaniyanın Gürcüstandakı səfirliyində  Cənubi Qafqaz üzrə Əməkdaşlığın İnkişafı üzrə rəhbəri Daniel Xaas, Alman-Gürcü Tədris Cəmiyyətinin nümayəndəsi, layihənin Qazaxstan, Latviya və Ukraynadan olan regional və beynəlxalq tərəfdaşları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır