Rəqəmsallaşma yolunda şirkətlərin əl ata biləcəyi 3 strategiya

Müasir dövrdə rəqəmsallaşmanın bütün şirkətlərin əsas strategiyası olduğu düşünülsə də, “McKinsey” şirkəti tərəfindən aparılan araşdırmaya görə, dünya şirkətlərinin yalnız 15%-i biznes proseslərinin yarısından çoxunu dijitallaşdırıb.

Bununla belə, rəqəmsallaşmaya doğru gedən şirkətlərin sayı günbəgün artır. Əsas səbəb kimi, dijital renovasiyanın şirkətlərə 0.9-1.8 faiz arası gəlir artımı gətirməsi göstərilir. Əksinə, sıfır rəqəmsallaşma ilə fəaliyyətinə davam edən şirkətlər müasir bazarda rəqabətin çətinləşməsi səbəbindən, gəlirlərində illik 8%-ə dək azalma müşahidə edə bilərlər.

Bəs rəqəmsallaşma yolunda rəqiblərindən geri qalmamaq üçün şirkətlər hansı strategiyalara əl ata bilərlər?

Çeviklik-Dijital renovasiya dövründə şirkətdaxili inkişaf çox da sürətli getməsə də, rəqəmsal yeniliklərə daha çevik reaksiya verməklə şirkətlər bazardakı rəqibləri ilə ayaqlaşa bilərlər.

Birləşmə və satın alma (M&A) strategiyası-Bəzən rəqəmsallaşma yarışında geridə qalmamaq üçün M&A strategiyasından istifadə oluna bilər. M&A strategiyası şirkətin miqyas cəhətdən böyüməsi ilə yanaşı, onun rəqəmsallığa transformasiyanı asanlaşdıracaq və gəlirli inkişafa təkan verəcək.

Rəqəmsal platformalarla kooperasiya-Müasir bazarda rəqəmsal platformaların bizneslər üçün təklif etdiyi xidmətlərdən istifadə və qarşılıqlı əməkdaşlıq yolu ilə şirkətin rəqəmsal struktura keçidini sürətləndirmək mümkündür. Cari dövrdə həyata keçirilən əməkdaşlıqlar gələcəkdə şirkətin maliyyə və rəqabət statusuna böyük töhfələr verə bilər.

Jacques Bughin, Tanguy Catlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır