Azərbaycanın bank sektorunda aparıcı mövqelərdən birini tutan Rabitəbank ASC-nin səhmdarları bankın səhmdar kapitalını 40 milyon artıraraq bankın məcmu kapitalını 105 milyon manata çatdırıblar. Kapital artımı bankın mövcud səhmdarları tərəfindən həyata keçirilib. Artım nəticəsində bankın səhmdar kapitalı 48.5 milyon manatdan 88,5 milyon manata çatdırılıb.
31 may, 2017-ci il tarixində Rabitəbank ASC-nin aktivləri ilin əvvəli ilə müqayisədə artaraq 638 milyon manata, depozit portfeli isə 467,3 milyon manata çatıb. Cari ilin 1 may tarixinə bankın faiz gəlirləri 9,9 milyon manat, qeyri-faiz gəlirləri isə 7,2 milyon manat təşkil etmişdir.
Hazırda Rabitəbank-da 146 min-dən çox hüquqi şəxs və fiziki şəxslərdən ibarət müştəri xidmət olunur, həmçinin bankda 600 nəfərə yaxın təcrübəli və ixtisaslı peşəkar çalışır.