“Rabitəbank”ın rəhbərliyi “AmCham”ın təşkil etdiyi tədbirdə çıxış edib

10 mart 2017-ci il tarixində “Azərbaycanda Amerika Ticarət Palatası” (“AmCham-Azerbaijan”) və Vergilər Nazirliyi “Şəffaflığa doğru birlikdə” mövzusunda birgə vergi konfransı təşkil edib.

Konfransda “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Elçin Qədimov çıxış edib.

O çıxışı zamanı vergi tənzimlənməsinin maliyyə sektoruna təsiri haqqında danışıb.

Eyni zamanda Elçin Qədimov konfransdakı çıxışı zamanı VİSA, Master Card, SWIFT ödənişlərinin maliyyə xidmətlərinə aid edilməsi, problemli kreditlər üzrə balansa götürülmüş əmlakların 3 il müddətinə əmlak vergisindən azad olması, əmək haqqıların kartlar vasitəsilə ödənilməsini təşviqi barədə açıqlama verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır