Rusiya Sovet İttifaqından qalan xarici borcunu bağlayıb

Rusiya mövcud borcun 125.5 milyon dollarlıq son hissəsinin də Bosniya və Herseqovinaya göndərilməsi ilə Sovet İttifaqının borc saldosunu sıfırlayıb.

125.5 milyon dollarlıq borc 2017-ci ilin büdcəsindən ödənilib. Bundan əvvəlki borc 60.6 milyon dollar ilə Makedoniyaya ödənilmişdi.

Qeyd edək ki, Sovet İttifaqının 64 milyard dollar xarici borcu var idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır