Rusiyada neft üçün yeni rüsum tətbiq olunacaq

Rusiya Federasiyasında neftdən əldə edilən əlavə gəlirlərə vergi tətbiq olunması barədə qanun qəbul edilməsi məsələsi gündəliyə gətirilib. BBN.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin iclasında karbohidrogenlər haqqında qanun layihəsinə baxılıb.

Layihədə gəlirlərə tətbiq olunan rüsumların tənzim edilməsinəzərdə tutulur. Qanun layihəsi iclasda bəyənilib və zəruri prosedurlarlardan sonra onun işə düşəcəyi gözlənilir. E nergetika Nazirliyindən isə bildirilib ki, qanun layihəsinin razılaşdırılması və tamamlanması üçün uzun zaman tələb olunur və bu səbəbdən nəzərdə tutulan mexanizmin yalnız bir ildən sonra hərəkətə gətirilməsi mümkün olacaq.

Neftdən əldə edilən əlavə gəlirlərdən tutulan vergi vəsaitlərin karbohidrogenlərin satışından sonra ödənilməsini nəzərdə tutur. Hazırda Rusiyada neftdən ixrac rüsumu və mədən vergisi tutulur. Yeni rüsumun tutulması mədən vergisini azaltmağa və ya qismən dəyişdirməyə imkan yaradacaq.

Hökumət tərəfindən bu verginin tətbiq edilməyəcəyi 4 yataq da müəyyənləşdirilib. Yeni yaradılan müəssisələrə güzəştlər, vergi tətilləri və digər imtiyazlar verilə bilər. Belə hesab edilir ki, bu qanun layihəsi neft sənayesinin vergiyə cəlb edilməsinin təkmilləşdirilməsinə imkan yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır