Sabit vergi – Fərdi şəkildə fəaliyyət göstərən fiziki şəxsin gəlirindən və dövriyyəsindən asılı olmayaraq ödədiyi dəyişilməz vergi məbləğidir.
Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən 01.01.2017-ci il tarixdən bu bukletdə qeyd olunan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə sabit vergi məbləği (bundan sonra – sabit vergi) müəyyən edilmişdir.
Qeyd edək ki, bu vergi növünün ödəyiciləri fərdi qaydada, muzdlu işçi cəlb etmədən məşğul olan fiziki şəxslərdir.
Ətraflı məlumat üçün bu keçiddən istifadə edə bilərsiz.