Rusiyada sahibkarların aparılan izafi yoxlamalardan xilas edilməsi üçün tədbirlər görüləcək

Rusiyada sahibkarların aparılan izafi yoxlamalardan xilas edilməsi üçün tədbirlər görüləcək. Belə ki, Rusiya Federasiyasının dövlət başçısının vədinə görə, ən yaxın zamanlarda ölkədəki sahibkarların nəzarəatedici orqanlar tərəfindən aparılan izafi yoxlamalardan xilas edilməsi üçün təsirli tədbirlər görüləcək.

“Biz hazırda bütöv bir təkliflər paketi hazırlayırıq və inandırıram ki ən yaxın vaxtlarda bu təkliflərin hamısının həyata keçirilməsinə nail ola biləcəyik”, -V. Putin qadın sahibkarları qəbul edərkən deyib.

Prezident xatırladıb ki , martın əvvəlində Federal Məclisə göndərdiyi təklifdə bu mövzunu xüsusi vurğulayaraq göstəriş verib ki, yoxlamalar məsafədən aparılmalıdır, bir neçə istiqamətdə isə konkret nəzarətçilərin iştirakı olmadan həyata keçirilməlidir.

BBN,az Vergiər qəzetinə istinadən xəbər verir ki, Putin bu bəyanatı görüş iştirakçılarından birinin sualına cavab olaraq verib. Qadın sahibkar dövlət başçısına müraciətində bildirib ki, planlı yoxlamalar ləğv edildikdən sonra şirkətlər əsassız şəkildə aparılan plandankənar yoxlamalardan əziyyət çəkməyə başlayıblar.Bu cür plandankənar yoxlamalar zorakılıq səciyyəsi daşıyır, ədalətsiz rəqabətə və hüuquq mühafizəçiləri tərəfindən biznesə təzyiq göstərilməsinə yol açır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır