Sertifikatlaşdırma üçün elektron müraciət qaydası sadələşdirilib

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurumu “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətlərindən biri də telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasıdır. Bu sahədə elektron müraciət qaydası sadələşdirilib.

Belə ki, sertifikatlaşdırma xidmətinə sorğu prosesi tam olaraq elektronlaşdırlıb və elektron hökümət portalında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üçün nəzərdə tutulmuş elektron müraciət xidməti yenilənərək istifadəyə verilib. Bunun nəticəsində artıq telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasına fiziki qaydada müraciət etmədən, vaxt itkisinə məruz qalmadan, hətta “Elektron hökumət” portalından qeydiyyatdan keçmədən portalın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus bölməsindəki elektron xidmətlər siyahısından “Telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatının verilməsi” xidmətinə daxil olaraq serttifikatlaşdırılma xidmətinə müraciət etmək mümkündür.

Qeyd edək ki, elektron xidmətin yenilənmiş formasında tələb olunan sənədlər azaldılıb və xidmətdən istifadə daha da sadələşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır