2017-ci ilin aprel ayında daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 8043 sığorta müqaviləsi bağlanıb. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 1373234 manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 5180-i yaşayış evləri və mənzillər, 195-i inzibati binalar, 2668-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında və sığorta haqlarının məbləğində müvafiq olaraq 18% və 13% artım müşahidə edilib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 545, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 60 sığorta müqaviləsi bağlanıb.