“Qala Həyat” sığorta şirkətinin səhmdarları yığışacaq. Belə ki, “Qala Həyat” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının DŞ-01-03/18 saylı 30 mart 2018-ci il tarixli qərarına əsasən Cəmiyyətin 2017-ci il üzrə illik ümumi hesabatlarının təsdiqi məqsədilə Səhmdarların Ümumi Yığıncağının növbəti iclasının çağrılır.
BBN.az Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir ki, Ümumi Yığıncaq 22.06.2018-ci il tarixində baş tutacaq.
Qeyd edək ki, Ümumi Yığıncağın gündəliyinə Cəmiyyətin 2017-ci il üzrə illik ümumi hesabatların təsdiqi. 2017-ci ilin Xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı məsələlər daxildir.