İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qax rayonunda işgüzar forum keçirib.
BBN.az xəbər verir ki, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Qax rayonu üzrə sahibkarlıq subyektlərindən startap layihələri, bağçılıq, intensiv tütünçülük və arıçılıq təsərrüfatlarının yaradılması, sənaye üsulu ilə bal emalı və qablaşdırılması müəssisəsinin yaradılması, tütün emalı müəssisəsinin və quru tütün saxlanılması üçün anbarın yaradılması, otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.