SOCAR tərəfindən dövlət büdcəsinə ödənişlər çoxalıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2017-ci ilin iyun ayında dövlət büdcəsinə 115 milyon 724 min manat vəsait ödənilib.Bu göstərici 2016-cı ilin iyun ayı ilə müqayisədə 16 milyon 764 min manat və ya 116,9 % çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-iyun aylarında büdcəyə 785 milyon 612 min manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 123 milyon 870 min manat və ya 118,7 % çoxdur.

Bundan əlavə, 2017-ci ilin iyun ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 11 milyon 832 min manat vəsait köçürülüb. Cari ilin yanvar-iyun aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 74 milyon 292 min manat təşkil edib ki, bu da 2016-cı ilin yanvar-iyun ayları ilə müqayisədə 4 milyon 760 min manat və ya 106,8 % çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır