Stavropolda keçirilən “İnvestisiyalar, innovasiyalar, turizm” mövzusunda VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin forum iştirakçılarına təbrik məktubları oxunub.
Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunda qeyd olunub ki, iki ölkə məmurlarının, biznesmenlərinin və ekspertlərinin hər il keçirilən görüşləri xoş ənənədir və bu cür tədbirlər mühüm məsələlərin müzakirə olunduğu nüfuzlu meydançaya çevrilib
Rusiya Prezidenti Vladimir Putin tədbir iştirakçılarına müraciətində qeyd edib ki, forum Moskva ilə Bakı arasında strateji əməkdaşlığın inkişafında mühüm rol oynayır, ikitərəfli əməkdaşlıq potensialını səmərəli həyata keçirməyə kömək edir. Rusiya Prezidenti əmin olduğunu bildirib ki, açıq və konstruktiv diskussiyalar praktikada tətbiqini tapacaq.
Forumda hər iki tərəfi təmsil edən 400-dən çox nümayəndənin iştirak etdiyini diqqətə çatdıran Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov bildirib ki, Stavropol ilə Azərbaycan arasında əmtəə dövriyyəsi ildə 130 milyon dollar təşkil edir.