T. May: “Avropa İttifaqı liderləri ikinci referendum gözləməsinlər”

Birləşmiş Krallığın Baş Naziri Teresa May ilk dəfə iştirak etdiyi ilk Avropa İttifaqı sammitində radikal ifadə ilə yadda qaldı. Bloomberg agentliyinin məlumatına əsasən, Avropa İttifaqı rəhbərlərinin Birləşmiş Krallığın Aİ-dən çıxmanın təxirə salınması təklifinə cavab olaraq, T. May Brexit’in qərarınln xalqın iradəsi ilə verildiyini və buna hörmət edilməli olduğunu, həmçinin bu  yöndə ikinci referendumun keçirilməsi də planlaşdırılmadığını bildirib.

Qeyd edək ki, bu T. May’in vəzifəyə təyin olunduqdan sonra Brexit haqqında verdiyi ən açıq açıqlamadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır