Elon Musk‘un elektrikli avtomobil istehsal edən şirkəti Tesla’nın səhmləri mart ayında 24.86% dəyər itirib.
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hissələrin düşməsinə səbəb Kaliforniyadakı bir qəzada Teslanın adının yer alması, həmçinin, şirkətin bəzi sifarişlərdə gecikməsidir.
2018-ci ilin I rübündə Tesla’nın səhmləri 17% dəyər itirib. Bu həftə ərzində isə şirkətin səhmləri 15.5% geriləyib.
Qeyd edək ki, Beynəlxalq reytinq agentliyi Moody’s, ötən gün Tesla’nın kredit reytinqini aşağı salıb və şirkətin görünüşünü neqativə dəyişib.