Thilo Sarrazin: “Avro dövrü hər an bitə bilər”

“Bundesbank”ın köhnə İdarə Heyəti üzvü Thilo Sarrazin avro dövrünün hər an bitə biləcəyini deyib.

Böyük Britaniyadan sonra İtaliyanın da Avropa İttifaqından ayrılması ilə bağlı siqnalları müzakirə edən Sarrazin avronun gələcəyinin olmadığını vurğulayıb.

“Avro hər an bitə bilər. Avropanın heç bir zaman avroya ehtiyacı olmayıb. Avroya keçiddən ən çox Fransa, İtaliya, İspaniya, Portuqaliya və Yunanıstan təsirlənib. Ortaya çıxan rəqəmlər də bu reallığı əks etdirir. Avro krizində olan ölkələrin qənaət siyasətilə iqtisadiyyatlarını böyütmək cəhdləri də öz nəticəsini vermir. Devalvasiya edə bilmirlər. Ölkələr əvvəllər bazarlardakı qeyri-müəyyənliyi məzənnə sistemi ilə balanslaşdırırdılar. Avroya keçiddən sonra isə məzənnə sistemi də fəlakətə uğrayıb”-deyə, Sarrazin bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır