Rus enerji şirkəti “Gazprom”un sədr müavini Andrey Kruglov “Türk axını” boru kəməri layihəsində investisiya məbləği proqnozunun 7 mlrd. dollara yüksəldiyini bildirib. “Layihə ilk növbədə səhnmdarlardaçıxan maliyyələşdiriləcək”, – deyə o qeyd edib.
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Moskvada keçirilən tədbirdə çıxış edən Kruglov, “Türk axını” layihəsi üçün ilkin investisiya məbləğinin təxminən 6 milyard dollar olduğunu xatırlatıb.
Moskvada keçirilən bir tədbirdə çıxış edən Kruglov “Türk axını” layihəsi üçün ilkin investisiyanın təxminən 6 mlrd. dollar olduğunu xatırladıb.
“İndi layihənin ümumi məbləğinin təxminən 7 mlrd. dollar olmasını gözləyirik”, – deyə 0, qeyd edib.
Kruglov layihənin əsasən, “Gazprom” tərəfindən maliyyələşdiriləcəyini bildirib: “Layihə ilk növbədə kapital mənbələri ilə maliyyələşdiriləcək. Bununla yanaşı, layihə istiqrazları növbəti mərhələdə “Şimal axını 1″ layihəsində olduğu kimi istifadə edilə bilər. ”
Türk axını layihəsiylə Rus təbii qazının birbaşa Türkiyənin təbii qaz paylama şəbəkəsinə bağlanaraq, Türkiyə, Cənubi və Cənub-Şərqi Avropa üçün etibarlı bir enerji qaynağı yaradılması məqsəd qoyulur.
Qeyd edək ki, layihə ümumi illik 31,5 milyard kubmetr və Qara dənizdən 930 kilometrdən çox olan 2 paralel təbii qaz boru kəmərindən ibarət olacaq.