“Turkcell” 500 milyon dollar dəyərində 10 illik avrobond ixracı reallaşdırıb.
BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avrobondun verilməsi üzrə şirkətin son qazancı 6,10% təşkil edib. Gəlirin 6,25%, daha sonra 6,125-6,250% səviyyəsində olması gözlənilirdi.
Qeyd edək ki, ixraca BNP Paribas, HSBC və JP Morgan şirkətləri vasitəçilik edib. Türkiyənin 10 illik avrobonddan gəlir ehtimalı 6%-ə yaxındır.