Türkiyə Mərkəzi Bankının ehtiyatları azalıb

3 fevral 2017-ci il tarixinə Türkiyə Mərkəzi Bankının məcmu ehtiyatları həftəlik 377 mln. dollar azalmaqla, 107.455 mlrd. dollara qədər geriləyib.

Ehtiyatlardakı azalma əsasən  valyuta rezervlərindəki geriləmə ilə əlaqədardır. Belə ki, həftəlik müqayisədə qızıl ehtiyatları artsa da, vayuta ehtiyatları 995 mln. dollar azalaraq 92.517 mlrd. dollara geriləyib. Qızıl ehtiyatlarındakı artış isə 618 mln. dollar təşkil edib ki, bu da əlvan metal ehtiyatının dəyərini 15.933 mlrd. dollara yüksəlməsinə gətirib çıxarıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır