Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin bu gün həyata keçirilən iclasın nəticələri açıqlanıb. Komitə bir həftəlik repo faiz dərəcəsini 7,5%, faiz dəhlizinin üst həddini 8,25%, alt həddini isə 7,25% səviyyəsində saxlayıb.
Mərkəzi Bankın açıqlamasında: “Son dövrlərdə açıqlanan göstəricilər iqtisadi fəaliyyətin sürətinin zəiflədiyini göstərir və məcmu tələbdəki yavaşlama mövsümilikdən təmizlənmiş inflyasiyanın tədrici azalmasını dəstəkləməkdədir”-deyə, bildirib.