Türkiyə Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin fevral ayında ölkədə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 13 176 milyon dollar, idxal 19.7% artaraq 18 936 milyon dollar təşkil edib.
Hesabat dövründə Türkiyənin xarici ticarət kəsiri 54.2% artaraq 5 761 milyon dollara bərabər olub.