“Twitter” 2018-ci ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
BBN.az xəbər verir ki, bu ilin birinci rübündə şirkətin gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 21,3% artaraq 665 milyon dollara çatıb. 2017-ci ilin yanvar-mart aylarında isə şirkət 548 milyon dollar gəlir əldə etmişdi.
Keçən ilin ilk rübündə 62 milyon dollar zərər edən Twitter, bu il I rübü 61 milyon dollar xalis mənfəətlə başa vurub.
“Twitter“in reklam gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 21,3% artaraq 575 milyon dollar olub. 2017-ci ilin müvafiq dövründə isə bu məbləğ 474 milyon idi.
Qeyd edək ki, “Twitter“in ilk rübdə orta aylıq aktiv istifadəçi sayı keçən ilə nisbətən 2,7% artaraq 336 milyon olub. Bu rəqəm keçən ilin eyni dövründə 327 milyon idi.